Zelenski Krım məsələsini Avropada müharibə adlandıraraq çağırış etdi


Ukrayna prezidenti Vladimir Zelenski Avropa ölkələrinə çağırış edərək Krım və Donbas məsələlərinin həlli istiqamətində addım atılmasını istəyib. 
Yeniavaz.com
“lenta.ru”ya istinadla xəbər verir ki, Zelenski Polşa, Estoniya, Litva, Latviya prezidentləri ilə müzakirə apararaq Krım məsələsini Avropada müharibə adlandırıb və döyüşün davam etdiyini bildirib.
Zelenski çıxışı zamanı həmçinin vurğulayıb ki, Ukrayna Avropa İttifaqını gücləndirəcək dövlətdir. 
Qeyd edək ki, bir müddət əvvəl Zelenski Krım və Donbasda müharibənin bitməsi üçün Ukraynanın təcili Avropa İttifaqına girməli olduğunu bildirmişdi.

DİGƏR XƏBƏRLƏR

Top