Eldar Mahmudovun oğluna məxsus şirkət ləğv olunur


Azərbaycanın sabiq milli təhlükəsizlik naziri Eldar Mahmudovun oğluna məxsus olduğu bildirilən "Kristal İnşaat" MMC ləğv olunur.
Yeniavaz.com xəbər verir ki, bu barədə məlumat “Vergilər” qəzetinin veb-saytında yer alıb.
Məlumatda bildirilir ki, kreditorlar iki ay ərzində tələblərini Bakı şəhəri, Xətai rayonu, Yusif Səfərov küçəsi, ev 23a ünvanına bildirə bilərlər.
Qeyd edək ki, "Kristal İnşaat" MMC 2008-ci il 7 fevral tarixində döclət qeydiyyatına alınıb. Nizamnamə kapitalı 50 manat olan MMC-nin qanuni təmsilçisi Mahmudov Musa Məmməd oğludur.
Xatırladaq ki, sabiq milli təhlükəsizlik naziri Eldar Mahmudovun oğlu Anar Mahmudov 2006-cı ildən fəaliyyət göstərən "Caspian Crystal" adlı Holdinqin İdarə Heyətinin sədri olub. Hazırda Xətai rayonu, Yusif Səfərov küçəsi, ev 23a ünvanında "Crystal Plaza" biznes mərkəzi fəaliyət göstərir. Plazada "Salvador Dali" və "Lord" restoranları fəaliyyətdədir.
Anar Mahmudovun adı rəsmi sənədlərdə "Diqlas-1" MMC-nin təsisçisi, həm də qanuni nümayəndəsi, "Kristal İnşaat" MMC-nin isə təsisçisi olaraq qeyd olunub.
Bunlardan başqa Anar Mahmudov  Türkiyədə "Deha Gömlek Üretim Sanayi ve Ticaret Limited" şirkətinin şəriklərindən biri olub. Həmçinin Anar Mahmudov "Sınalco Gayrimenkul ve Danışmanlık Hizmetleri Anonim" şirkətinin İdarə Heyətinin sədr olub. Eyni zamanda Anar Mahmudov İspaniyada 4  şirkət ("22 Vaquer De Bendinat S.L.", "Son Sana Portals S.L.",  "Macent Invest Group SL" və  "Majorca Capas Group İnvestment SL"), Lüksemburqda 2 şirkəti ("Utılıcom" və "Konoco .M") yaradılıb.

DİGƏR XƏBƏRLƏR

Top