Yevlaxda ruhi xəstə özünü maşının önünə atıb


Yevlaxda ruhi xəstə özünü maşının altına atıb.

Yeniavaz.com xəbər verir ki, hadisə Bakı-Qazax magistralında, Yevlax şəhərinin Bayraq meydanı yaxınlığında baş verib. Ruhi xəstə olduğu deyilən və şəxsiyyəti hələ ki açıqlanmayan kişi qəfildən özünü hərəkətdə olan "Ford" markalı mikroavtobusun altına atıb. O, sonra yaralı vəziyyətdə ərazidən uzaqlaşmağa çalışıb. Hazırda onun kimliyi dəqiqləşdirilir.
Faktla bağlı araşdırma aparılır.
Esmira Hidayətova, Yevlax

DİGƏR XƏBƏRLƏR

Top