Aslan Hüseynovun öldüyü qəza barədə yeni məlumat - YENİLƏNİB


“Anası rəhmətə getmişdi. Yeddi mərasimi Gəncədə baş tutmuşdu. Oradan qayıdan zaman saat 05:00-da qəzaya düşüb”.
Bu sözləri müğənni Aslan Hüseynovun yaxın qohumu “Bizimləsən” proqramına açıqlamasında deyib. O bildirib ki, müğənni avtomobildə tək olub, maşın Məhəmməd Vəliyev adlı şəxsin adına qeydiyyatdadır. Bu səbəbdən həmin insanın adı qəzada hallanır.

***14:22
Bakı-Qazax yolunda ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi olub.

Baş Dövlət Yol Polisi (DYP) İdarəsinin İctimai qurumlarla əlaqə şöbəsinin rəisi, polis polkovnik-leytenatı Namidan Piriyev Yeniavaz.com-a bildirib ki, hadisə yolun 60-cı km-də qeydə alınıb:
"Belə ki, müğənni Aslan Hüseynova məxsus BMW markalı avtomobil qəzaya düşüb. Nəticədə avtomobilin sürücüsü Məhəmməd Vəliyev və avtomobildəki digər sərnişin Aslan Hüseynov vəfat edib".

DİGƏR XƏBƏRLƏR

Top