
İkinci Qarabağ müharibəsində iştirak edən erməni snayperçi İrəvanda Davtaşen körpüsünün altında ölü tapılıb.
Yeniavaz.com Ermənistan mətbuatına istinadla xəbər verir ki, İrəvanda Davtaşen körpüsünün altında 50-55 yaşlarında kişi cəsədi tapılıb. Aparılan araşdırmalar nəticəsində məlum olub ki, həmin şəxs İkinci Qarabağ müharibəsində iştirak etmiş ən güclü snayperçilərdən biri olub.
Hadisənin təfərrüatları hələlik açıqlanmayıb.
