"VAZ"la "Ford" toqquşdu - 5 nəfər yaralandı


Mingəçevirdə yol qəzası baş verib, xəsarət alanlar var.

Yeniavaz.com xəbər verir ki, hadisə şəhərin Heydər Əliyev prospektində, Xaldan şosesinə çıxış istiqamətində baş verib.
“VAZ-21099” markalı minik maşını yük daşıyan kiçik tutumlu “Ford” markalı mikroavtobusla toqquşub. Qəza nəticəsində beş nəfər müxtəlif dərəcəli bədən xəsarətləri alıb. Onlardan 3-nə yerindəcə yardım edilib. İki qadın sərnişin isə xəstəxanaya yerləşdirilib. Mingəçevir şəhər xəstəxanasından verilən məlumata görə yaralıların vəziyyəti qənaətbəxşdir.
Faktla bağlı araşdırma aparılır.
Esmira Hidayətova, Mingəçevir

DİGƏR XƏBƏRLƏR

Top