
Əfqanıstanda güclü yağış nəticəsində daşqın baş verib.
Yeniavaz.com xarici KİV-ə istinadla xəbər verir ki, Əfqanıstanın şimal-qərbindəki Herat əyalətində güclü yağışlara görə daşqın olub. Hadisə nəticəsində 4-ü uşaq olmaqla 14 nəfər dünyasını dəyişib. Verilən məlumatlara görə, daşqın səbəbilə onlarla hektar ərazidə əkinlər məhv olub, çox sayda mal-qara tələf olub.