Türkiyə və Azərbaycan arasında ticarət dövriyyəsi – İki fərqli rəqəm...


Bu ilin yanvar-mart aylarında Azərbaycan Türkiyədən 378,9 milyon dollar dəyərində məhsul idxal edib.
Yeniavaz.com xəbər verir ki, bu məlumatı Dövlət Gömrük Komitəsi açıqlayıb.
Məlumat üçün bildirək ki, Türkiyə Statistika İdarəsinin eyni dövr üçün (bu ilin yanvar-mart ayları) açıqladığı məlumatda Türkiyədən Azərbaycana 544,2 milyon dollar dəyərində məhsul ixrac olunduğu göstərilir. Rəqəmlərdən də göründüyü kimi, iki ölkənin rəsmi qurumları tərəfindən açıqlanan və eyni dövrü əhatə edən göstəricilər arasında kəskin fərq var.
Onu da bildirək ki, iki ölkənin açıqladığı məlumatlar arasında əvvəlki illərdə də fərqlər olub. Son illər bu fərq azalsa da, əvvəllər daha böyük olub. Məsələn, 2013-cü ildə iki ölkənin rəsmi qurumları tərəfindən açıqlanan göstəricilər arasında 2 dəfədən çox fərq olduğu halda, ötən il bu fərq 25%-ə düşüb.
Aşağıdakı cədvəldə 2013-2021-ci illərdə Türkiyə Statistika İdarəsi və Azərbaycan Gömrük Komitəsi tərəfindən açıqlanan ixrac və idxal ilə bağlı göstəricilər yer alıb. 
  Türkiyə Statistika İdarəsi -
Türkiyənin Azərbaycana ixracı
Azərbaycan Gömrük Komitəsi - Azərbaycanın Türkiyədən idxalı
 
2021-ci il
Yanvar-mart
544 milyon 196 min $ 378 milyon 886 min $
2020-ci il 2 milyard 85,5 milyon $ 1 milyard 563 milyon $
2019-cu il 1 milyard 788,4 milyon $ 1 milyard 646,8 milyon $
2018-ci il 1 milyard 701,9 milyon $ 1 milyard 576,8 milyon $
2017-ci il 1 milyard 476,5 milyon $ 1 milyard 273,7 milyon $
2016-cı il 1 milyard 387,9 milyon $ 1 milyard 181,6 milyon $
2015-ci il 2 milyard 92,2 milyon $ 1 milyard 171,4 milyon $
2014-cü il 3 milyard 61,2 milyon $ 1 milyard 286,6 milyon $
2013-cü il 3 milyard 174,5 milyon $ 1 milyard 463,8 milyon $

DİGƏR XƏBƏRLƏR

Top