Qırğızıstanla Tacikistan arasındakı sərhədə xüsusi status veriləcək


Qırğızıstanın Tacikistanla silahlı sərhəd qarşıdurmasının baş verdiyi Batken vilayətinə xüsusi status veriləcək.
Yeniavaz.com
xəbər verir ki, bu barədə Qırğızıstan Nazirlər Kabinetinin mətbuat xidməti məlumat yayıb.
Respublikanın baş naziri Ulukbek Maripov bildirib ki, müvafiq qərar mənim tərəfimdən imzalanıb və parlamentə baxılması üçün göndərilib: “Qəbul edilən kimi Batken bölgəsi vergi güzəştləri daxil olmaqla xüsusi status alacaq”.
O, eyni zamanda bölgə sakinlərinin qarşıdurma zamanı dağılmış evlərinin dövlət hesabına bərpa ediləcəyinə də söz verib.
Qeyd edək ki, Tacikistanla sərhəddə baş verən silahlı qarşıdurma zamanı Qırğızıstan tərəfdən 183 nəfər yaralanıb, 34 nəfər isə ölüb.

DİGƏR XƏBƏRLƏR

Top