
Meksikada metro körpüsünun çökməsi nəticəsində ölənlərin sayı artıb.
Yeniavaz.com xarici KİV-ə istinadla xəbər verir ki, hadisə nəticəsində ölənlərin sayı 23-ə çatıb.
Hazırda xilasetmə işləri davam etdirilir. Dağıntıların tam təmizlənməsi üçün 24 saat vaxta ehtiyac olduğu bildirilib.
***11:05
Meksikanın paytaxtı Mexiko şəhərində qatar keçdiyi zaman metro körpüsü çöküb.
Yeniavaz.com xəbər verir ki, hadisə Mexiko çəhərindəki Olivos stansiyasında baş verib. Verilən məlumatlara görə, hadisə nəticəsində 20 nəfər ölüb, 80 nəfər isə xəsarət alıb. Səlahiyyətli şəxslər vaqonların körpünün altındakı yolda olan avtomobillərin üzərinə düşdüyünü bildirib.