Bu xəstəxananın zərəri 7 milyon manata yaxınlaşıb


Səhiyyə Nazirliyinin tabeliyində fəaliyyət göstərən “Bakı Sağlamlıq Mərkəzi” Publik Hüquqi Şəxsi ötən ili böyük zərərlə başa vurub.
Yeniavaz.com “Bakı Sağlamlıq Mərkəzi”nin açıqladığı maliyyə hesabatına istinadən bildirir ki, səhiyyə müəssisəsinin ötən il üçün xalis zərəri 6 milyon 724 min manat olub. Əvvəlki illə müqayisdə “Bakı Sağlamlıq Mərkəzi”nin zərəri 343 min manat artıb. Hesabat dövründə “Bakı Sağlamlıq Mərkəzi”nin gəlirləri 15 milyon 495 min manat, xərcləri isə 22 milyon 219 min manat olub.
Qeyd edək ki, “Bakı Sağlamlıq Mərkəzi” 2014-cü ilin yanvar ayından istifadəyə verilib.

DİGƏR XƏBƏRLƏR

Top