Keçmiş icra başçısı oğlunun şəhid olduğu Hadruta getdi


“Məni təbrik edənlərin hamısına minnətdaram, getmişdim oğlum Səidin şəhid olduğu Şişqayaya, Səidin sancdığı bayrağı dəyişməyə, yəni Hadruta. Getdim və gəldim! Mən ömürümdə heç kimə həsəd aparmamışam, ancaq Şişqayaya qalxanda, oğlum Səidə həsəd apardım. İlahi bunlar bura necə çıxıblar?”.
Yeniavaz.com
xəbər verir ki, bu sözləri Füzuli rayonunun keçmiş icra başçısı olan Nofəl Qasımov özünün “facebook” səhifəsində yazıb. O, şəhid oğlu Səid Rəşidzadənin uşaqlıq və məzar daşı fotolarını paylaşıb. 
Qeyd edək ki, baş leytenant Səid Rəşidzadə oktyabrın 11-də Hadrut uğrunda gedən döyüşlərdə şəhid olub. Daha sonra Prezidentin sərəncamı ilə “Vətən uğrunda” və “Xocavəndin azad olunmasına görə” medalları ilə təltif edilib.

DİGƏR XƏBƏRLƏR

Top