Bir qrup dini icma üzvlünün Kəlbəcərə səfəri başlayıb


Azərbaycanın bir qrup dini icma üzvlərinin Kəlbəcərə səfəri başlayıb.

Yeniavaz.com xəbər verir ki, səfər Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin xətti ilə təşkil olunub. 

Səfər çərçivəsində Komitənin, Alban-Udi Xristian dini icmasının və digər xristian icmalarının nümayəndələri ilə yanaşı, jurnalistlər də işğaldan azad olunan Kəlbəcərə yola düşüb. 

Məqsəd Alban-Udi Xristiyan dini icması tərəfindən Kəlbəcərdə yerləşən qədim alban məbədi olan Xudavəng məbədinin ziyarət olunması və xristianların müqəddəs bayramı hesab olunan Pasxa bayramı münasibəti ilə məbəddə dini ainin icrasını işıqlandırmaqdır.

DİGƏR XƏBƏRLƏR

Top