Sumqayıtda intihara cəhdin qarşısı alınıb


Sumqayıt şəhərində 1 nəfər beşmərtəbəli yaşayış binasının üçüncü mərtəbəsinin eyvanına çıxaraq intihar etmək istəyib.

Fövqəladə Hallar Nazirliyindən Yeniavaz.com-a verilən məlumata görə, nazirliyin Sumqayıt Regional Mərkəzinin xilasetmə qüvvələri dərhal hadisə yerinə cəlb olunub. 

Vətəndaşla aparılan psixoloji söhbətlər nəticəsində o, özünə qəsd etmək fikrindən daşınıb.

DİGƏR XƏBƏRLƏR

Top