Ermənistanın keçmiş Baş Qərargah rəisinə cinayət işi açıldı


Ermənistan Ordusunun eks-Baş Qərargah rəisi general-polkovnik Movses Akopyan barəsində cinayət işi başlanıb.
Yeniavaz.com
 Ermənistan KİV-nə istinadən xəbər verir ki, onun barəsində cinayət məcəlləsinin 306-cı maddəsi (dövlət sirrini yayma) ilə cinayət işi başladıldığı bildirilib.
Generalın Milli Təhlükəsizlik Xidməti tərəfindən (MTX) dindirildiyi və ondan yaşayış yerini tərk etməmək barədə iltizam alınığı vurğulanıb.
Xatırladaq ki, Movses Akopyan ötən ilin noyabrında verdiyi qalmaqallı açıqlamaları ilə ictimaiyyətin diqqətini cəlb edib.

DİGƏR XƏBƏRLƏR

Top