İranda son 24 saat ərzində 391 nəfər koronavirusdan ölüb.
Yeniavaz.com xəbər verir ki, bu barədə İranın Səhiyyə, Müalicə və Tibbi Təhsil Nazirliyinin məlumatında bildirilir.
Qeyd olunub ki, bununla da İranda COVID-19-dan ölənlərin sayı 72 875 nəfərə yüksəlib.
İranda ötən 24 saat ərzində 20 731 nəfər koronavirusa yoluxub və yoluxanların ümumi sayı 2 555 587 nəfərə çatıb.