Təhsildə İnnovativ Texnologiyalar Əlavə Təhsil Mərkəzi "Microsoft" şirkətinin tərəfdaşı oldu

 
Təhsildə İnnovativ Texnologiyalar Əlavə Təhsil Mərkəzi(İTE) Azərbaycanda təhsilin innovativ inkişafı istiqamətində daha bir beynəlxalq uğura imza atıb. Belə ki, dünyanın ən nəhəng şirkətlərindən “Microsoft”, İTE-nin təhsil profili üzrə özünün rəsmi qlobal təlim tərəfdaşı kimi qeydiyyatını təsdiqləyib.
Yeniavaz.com
xəbər verir ki, bu barədə “Microsoft”un rəsmi səhifəsində məlumat dərc olunub.
Qeyd edək ki, uzun müddətdir, Azərbaycanda müəllimlərin İKT savadlılığının artırılması və təhsildə İKT-nin tətbiqi istiqamətlərində İTE və "Microsoft" şirkətləri əməkdaşlıq edir. Bu əməkdaşlıqlar çərçivəsində minlərlə müəllimin təkmilləşdirilməsi və mütərəqqi bilik və bacarıqlara yiyənləməsinə nail olunmuşdur. Bu tərəfdaşlıq öyrənmək üçün texnoloji imkanlardan səmərəli istifadəni artırmağı hədəfləyir və müəllim, həmçinin təhsil liderlərinin təlim tərəfdaşları və təhsil konsultantları ilə əlaqəsini təmin etmək məqsədi daşıyır.
Ona görə də sözügedən tərəfdaşlıq istiqamətində təhsilverənlərə ixtisasartırma təlimləri verilməsi ilə yanaşı, onların texnoloji vasitələrdən istifadə bacarıqları da inkişaf etdirilir.
Qeyd edək ki, İTE tərəfdaşlıq çərçivəsində 2 kateqoriya üzrə nişan alıb: "Qlobal təlim tərəfdaş" proqramı iştirakçısı və "Minecraft Qlobal" təlim tərəfdaşı.
Xatırladaq ki, 2012-ci ildə təsis edilmiş Təhsildə İnnovativ Texnologiyalar Əlavə Təhsil Mərkəzi təhsilverənlərin və təhsil sahəsinin liderlərinin potensialının gücləndirilməsi, öyrətmə və öyrənmə prosesinin inkişafı, təhsilin yeni paradiqmalar və yenilikçi strategiyalar əsasında formalaşmasına dəstək verir.
 

Link:
https://www.microsoft.com/.../showpartnersdetails.aspx...
https://www.facebook.com/ite.azerbaijan/posts/2252952001533921

DİGƏR XƏBƏRLƏR

Top