
Ötən il dünyanın ən varlı şəxsi “Amazon” şirkətinin qurucusu və icraçı direktoru Ceff Bezos olub.
Yeniavaz.com dünyanın aparıcı nəşrlərindən olan “Forbes” jurnalının açıqladığı hesabata istinadən bildirir ki, Ceff Bezosun sərvəti son bir ildə 64 milyard dollar artaraq 177 milyarda yüksəlib. Siyahıda 2-ci sırda “Tesla” şirkətinin sahibi Elon Mask dayanır. Elon Maskın sərvəti bir ildə 126,4 milyard dollar artaraq 151 milyard dollara çatıb.
Siyahıda yer alan ən varlı 20 şəxsin 13-ü ABŞ vətəndaşı olub. Son bir ildə dünyanın ən varlı 20 şəxsinin hamısı sərvətini artıra bilib. Ən kəskin artım Çinin “Nongfu Spring” şirkətinin sahibi olan Zonq Şanşanın sərvətində qeydə alınıb. “Nongfu Spring” şirkəti qablaşdırılmış su, çay və meyvə şirəsi bazarında Çinin ən böyük istehsalçılarından biridir.
“Forbes” jurnalına istinadən dünyanın ən varlı 20 şəxsini təqdim edirik:
Adları və şirkətləri | Ölkə | 2020-ci il | Son 1 ildə fərq | |
1 | Ceff Bezos - “Amazon” | ABŞ | 177 mlrd. $ | + 64 mlrd. $ |
2 | Elon Mask – “Tesla” | ABŞ | 151 mlrd. $ | + 126,4 mlrd. $ |
3 | Bernar Arno və ailəsi – LVMH | Fransa | 150 mlrd. $ | + 74 mlrd. $ |
4 | Bill Qeyts – “Microsoft” | ABŞ | 124 mlrd. $ | + 26 mlrd. $ |
5 | Mark Zukerberq – “Facebook” | ABŞ | 97 mlrd. $ | + 42,3 mlrd. $ |
6 | Uorren Baffet – “Berkshire Hathway” | ABŞ | 96 mlrd. $ | + 28,5 mlrd. $ |
7 | Larri Ellison – “Olacle” | ABŞ | 93 mlrd. $ | + 34 mlrd. $ |
8 | Larri Peyc – “Google” | ABŞ | 91,5 mlrd. $ | + 40,6 mlrd. $ |
9 | Sergey Brin – “Google” | ABŞ | 89 mlrd. $ | + 39,9 mlrd. $ |
10 | Mukeş Ambani – “ Reliance Industries” | Hindistan | 84,5 mlrd. $ | + 47,7 mlrd. $ |
11 | Amansio Orteqa – “İnditex” | İspaniya | 84,5 mlrd. $ | + 47,7 mlrd. $ |
12 | Fransuaza Bettankur-Mayers – “L Oreal” | Fransa | 73,6 mlrd. $ | + 24,7 mlrd. $ |
13 | Zonq Şanşan – “Nongfu Spring” | Çin | 68,9 mlrd. $ | + 68,7 mlrd. $ |
14 | Stiv Balmer – “Microsoft” | ABŞ | 68,7 mlrd. $ | + 16 mlrd. $ |
15 | Ma Xuaten – “Tencent Holdings” | Çin | 65,8 mlrd. $ | + 27,7 mlrd. $ |
16 | Karlos Slim – “America Movil” | Meksika | 62,8 mlrd. $ | + 10,7 mlrd. $ |
17 | Elis Uolton – “Walmart” | ABŞ | 61,8 mlrd. $ | + 7,4 mlrd. $ |
18 | Cim Uolton – “Walmart” | ABŞ | 60,2 mlrd. $ | + 5,6 mlrd. $ |
19 | Rob Uolton – “Walmart” | ABŞ | 59,5 mlrd. $ | + 5,4 mlrd. $ |
20 | Maykl Blumberq – “Bloomberg L.P.” | ABŞ | 59 mlrd. $ | + 11 mlrd. $ |