Ermənistanın prezidenti barədə təhqiqat başladıldı – Erməni KİV


Ermənistan prezidenti Armen Sarkisyan barəsində araşdırma başladılıb.
Yeniavaz.com
“news.am”a istinadla xəbər verir ki, bu barədə Ermənistan Vəkillər Palatasının prezidenti Ara Zohrabyan öz “facebook” səhifəsində yazıb. Sarkisyana qarşı təhqiqatın başladılma səbəbinin ikili vətəndaşlıq faktının gizlədilməsilə əlaqədar olduğu vurğulanıb.
Qeyd edək ki, Armen Sarkisyanın 2003-2012-ci illərdə İngiltərə vətəndaşı olduğu bildirilir. Onun xarici ölkə vətəndaşlığına 2011-ci ildə xitam verildiyi deyilsə də vəkillər buna etiraz edir. 
Xatırladaq ki, Ermənistan qanunlarına görə, hər hansı şəxs prezident seçilməmişdən əvvəl 6 il müddətinə Ermənistan vətəndaşı olmalıdır.  

DİGƏR XƏBƏRLƏR

Top