Gürcüstanla Azərbaycan arasında ticarət dövriyyəsi azaldı – SON RƏQƏMLƏR


Bu ilin yanvar-mart ayları ərzındə Gürcüstandan Azərbaycana ixrac edilən malların ümumi dəyəri 104,6 milyon dollar olub. 
Yeniavaz.com Gürcüstan Dövlət Statistika Xidmətinə istinadən bildirir ki, ötən ilin eyni dövrünə nisbətən Azərbaycana ixrac edilən malların dəyəri 16,4% azalıb.
2020-ci ilin ilk 3 ayında Gürcüstanın ümumi ixracının 16%-i Azərbaycanın payına düşdüyü halda, bu ilin eyni dövründə bu göstərici 12,7%-ə enib.
Onu da bildirək ki, Gürcüstanın ən çox məhsul satdığı ölkələrin sıralamasında Azərbaycandan əvvəldə Çin (109,8 milyon dollar) və Rusiya (109,5 milyon dollar) dayanır.
Gürcüstanın Azərbaycandan idxal etdiyi məhsulları da həcmi azalıb. Əgər ötən ilin ilk 3 ayında Gürcüstan Azərbaycandan 164,5 milyon dollarlıq məhsul idxal etdiyi halda, bu ilin eyni dövründə bu rəqəm 11,4% azalaraq 145,7 milyon dollar düşüb. 2020-ci ilin ilk 3 ayında Gürcüstanın ümumi idxalının 8,2%-i Azərbaycanın payına düşdüyü halda, bu ilin eyni dövründə bu göstərici 7,5%-ə enib. Gürcüstanın ən çox məhsul aldığı ölkələrin sıralamasında Azərbaycandan əvvəldə Türkiyə (343,3 milyon dollar), Rusiya (220,4 milyon dollar) və Çin (182,8 milyon dollar) dayanır.

DİGƏR XƏBƏRLƏR

Top