
Ermənistanın müvəqqəti baş naziri Nikol Paşinyan Zəngəzurda Rusiyaya aid iki hərbi məntəqənin qurulacağını bildirib.
Yeniavaz.com “Sputnik Armenia”ya istinadla xəbər verir ki, Paşinyan İrəvanda yerləşən 102-ci Rusiya hərbi bazasının nəzdinə gücləndirilmiş iki hərbi məntəqənin Zəngəzurda qurulacağını deyib. O bildirib ki, ehtiyac olduğu müddətdə fərqli nöqtələrdə təhlükəsizlik postları yerləşdiriləcək: "Gücləndirilmiş hərbi məntəqələr Ermənistanın Azərbaycan və İranla sərhədinin olduğu Sünikdə (Zəngəzur) yerləşdiriləcək. Bu Ermənistanın təhlükəsizliyi üçün əsasdır".