Türkiyəli mafia başçısı: "Evimə girib qızıma silah tuşladılar, dünyanı dağıdacağam"


Türkiyəli mafia başçısı Sədat Pekər yeni videomüraciət yayımlayıb.
Yeniavaz.com
xəbər verir ki, Peker “youtube”da yayımladığı görüntülərdə Türkiyə polisini hədələyib. O, polisin səhər saatlarında həyat yoldaşı və azyaşlı uşağının olduğu evinə zorla daxil olduğunu bildirərək təhdid edib: “Evin qapısı bombaya davamlıdır. Yoldaşım açmasa idi oranı bomba ilə vursaydınız da təsir etməyəcəkdi. İçəri girib qızıma silah tuşladılar. Qızım da qorxusundan əlini göyə qaldırıb. Sonra içəridəki polislərdən biri ona xəbərdarlıq edərək, “o hələ uşaqdır nə edirsən” - deyə bildirib. Bununla məni qorxudacaqlarını düşünürlər. Amma ən pis şeyi etdilər. Qızımın bir damla göz yaşına görə dünyanı dağıdaram, dağıdacağam da bunu belə bilin".

DİGƏR XƏBƏRLƏR

Top