Uşaqlara Xudayar adı qoyanların sayı kəskin artıb - RƏSMİ


Bu il Azərbaycanda yeni doğulan uşaqlara Xudayar adı qoyanların sayı kəskin artıb.
Yeniavaz.com Ədliyyə nazirliyindən açıqlanan məlumatlara istinadən bildirir ki, bu ilin əvvəlindən ötən dövr ərzində 18 uşağa Xudayar adı qoyulub.
Müqayisə üçün qeyd edək ki, 2020-ci ildə 3, 2018-ci ildə 1, 2017-ci ildə isə 2 uşağa Xudayar adı qoyulub. 2019-cu ildə isə uşaqlara Xudayar adı qoyulmayıb.
Qeyd edək ki, ölkədə Xudayar adının populiyarlaşması İkinci Qarabağ Müharibəsində Zəngilan uğrunda gedən döyüşlərdə şəhid olan Xudayar Yusifzadə ilə bağlıdır.

DİGƏR XƏBƏRLƏR

Top