Suriyada daha bir nəfər prezidentliyə namizəd kimi qeydə alındı


Suriyada Mahmud Marai adlı şəxs prezidentliyə namizəd kimi qeydə alınıb.
Yeniavaz.com
“TASS”a istinadla xəbər verir ki, Suriyanın Ali Konstitusiya Məhkəməsi bu il 26 may tarixində keçirilməsi planlaşdırılan prezident seçkilərinə namizəd olan üç nəfərin təqdimatını təsdiqləyib. Həmin şəxslər Abdullah Abdullah, Mahmud Marai və hazırkı prezident Bəşər Əsəddir. 
Digər müraciətlərin isə konstitusiya və hüquq normalarına uyğun olmadığı üçün rədd edildiyi vurğulanıb.

DİGƏR XƏBƏRLƏR

Top