Banqladeşdə qayıqla barja toqquşdu, 25 nəfər dünyasını dəyişdi


Banqladeşin Şibçər şəhəri yaxınlığındakı Padma çayında qayıqla barja toqquşub.
Yeniavaz.com
xarici KİV-ə istinadla xəbər verir ki, hadisə nəticəsində ən az 25 nəfər dünyasını dəyişib. 5 nəfərin isə həyatının xilas edildiyi bildirilib. 
Hazırda hadisə yerində xilasetmə işləri davam etdirilir.
Qeyd edək ki, Banqladeşdə bənzər qəzalar tez-tez baş verir. Mütəxəssislər bu qəzaların əksəriyyətinin qayıqların baxımının zəif, təhlükəsizlik standartlarının aşağı və eyni bölgədə çox sayda qayığın olması ilə əlaqələndirir.

DİGƏR XƏBƏRLƏR

Top