Azərbaycanda koronavirusa yoluxan nazir sağaldı


Koronavirusa (COVID-19) yoluxan mədəniyyət naziri Anar Kərimov sağalıb.

Yeniavaz.com xəbər verir ki, bunu “Report”a açıqlamasında Mədəniyyət Nazirliyinin İnformasiya və ictimaiyyətlə əlaqələr şöbəsinin müdiri Məryəm Qafarzadə deyib.

O bildirib ki, A.Kərimovun karantin müddəti mayın 2-də bitib: “Onun yenidən verdiyi testin nəticəsi neqativ çıxıb. Nazirin bu gün işə çıxması nəzərdə tutulub”.

Qeyd edək ki, mədəniyyət naziri Anar Kərimov aprelin 16-dan COVID-19-dan müalicə olunurdu.

DİGƏR XƏBƏRLƏR

Top