Bu ölkədə minimum əmək haqqı 4 dəfə artırılaraq 2,4 dollara çatdırıb


Venesuela hökuməti ölkədə minimum əmək haqqını təxminən 4 dəfə artırıb.
Yeniavaz.com xarici KİV-lərə istinadən bildirir ki, ölkədə minimum əmək haqqı 64 sentdən 2,40 dollara çatdırılıb.
Dövlət televiziyasında yayımlanan proqramda ölkənin əmək naziri Eduardo Pinate bildirib ki, bu ay üçün minimum maaş 1,8 milyon bolivardan 7 milyon bolivara yüksələcək. Pinate dövlət işçilərinin aldıqları ərzaq yardımının da  artırılaacağını söyləyib.
Məlumatda qeyd olunur ki, Venesuelada bir kiloqram pendir və bir litr südün qiyməti 3,5 dollar təşkil edir.

DİGƏR XƏBƏRLƏR

Top