ABŞ məşhur həbsxananı bağlamağa hazırlaşır


“ABŞ hökuməti Quantanamodakı xüsusi həbsxananı bağlamağı hədəfləyir”. 
Yeniavaz.com
xarici KİV-ə istinadla xəbər verir ki, bunu ABŞ Dövlət katibi Antoni Blinken deyib. O bildirib ki, Quantanamo həbsxanasının bağlanması mütləq bir hədəfdir:
“Önümüzdəki aylarda bu məsələyə diqqət ayıracağıq. Quantanamo həbsxanasının bağlanmasının vacib olduğunu düşünürük”.
Xatırladaq ki, bir müddət əvvəl ABŞ prezidenti Cozef Bayden Quantanamodakı xüsusi həbsxananı bağlamaq planlarının olduğunu bildirmişdi. 
Qeyd edək ki, Quantanamo həbsxanası 11 sentyabr 2001-ci ildə ABŞ-da baş verən terror hadisəsindən və ABŞ ordusunun Əfqanıstana daxil olmasından sonra qurulub. Sabiq prezident Corc Buş tərəfindən elan edilən "qlobal terrorla müharibə" əməliyyatı çərçivəsində tutulan şübhəlilər və xüsusi təhlükəli cinayətkarlar həmin həbsxanada saxlanılır.

DİGƏR XƏBƏRLƏR

Top