
"Rəsmi Bişkek və Düşənbə hərbi hissələrini sərhəddən geri çəkmə əməliyyatını başa çatdırdı".
Yeniavaz.com xəbər verir ki, bu barədə Qırğızıstan Milli Təhlükəsizlik Dövlət Komitəsinin Sərhəd Xidməti məlumat verib. Verilən məlumata görə, hər iki ölkənin Müdafiə Nazirliyinin nümayəndələri hərbi hissələrin və hərbi texnikanın yerləşdiyi əraziyə baxış keçirməyə davam edir. Sərhəd və ona bitişik ərazilərdə vəziyyət sabitdir.
Qeyd edək ki, Tacikistanla sərhəddə baş verən silahlı qarşıdurma zamanı Qırğızıstan tərəfdən 183 nəfər yaralanıb, 34 nəfər isə ölüb.