
"Qarşıda bizi 1 həftəlik də olsa, qeyri iş günləri gözləyir. Bu, may ayının 9-dan başlayır. Bu dövrdə sərtləşməyə gediləcəyi ilə bağlı sual ortaya çıxır. Əgər bu dinamika aşağı doğru gedirsə, yəqin ki, qaydalarda dəyişiklik gözlənilməyəcək".
Yeniavaz.com xəbər verir ki, bunu "ARB24"də yayımlanan "Gündəm" verlişində qonaq olan Səhiyyə Nazirliyinin Baş infeksionisti Təyyar Eyvazov bildirib.
"Biz mart aylarında mənfi dinamikanın olduğu hallarda buna getmədiksə, indi də buna getməyəcəyik. Bu, o demək deyil ki, biz rahatlaşaq",-deyə baş infeksionist əlavə edib.