"İnter" 11 ildən sonra İtaliya çempionu oldu


İtaliya A seriyasında 2020/21 mövsümünün qalibi "İnter" klubu olub.
Yeniavaz.com
xəbər verir ki, klub bu titula 11 ildən sonra yenidən qovuşub. Milanın şəhərinin klubu çempionatın sonuna 4 tur qalmış çempionluğu təmin edib.
Belə ki, “Atalanta”nın xal itkisi komandanı “İnter”dən 13 xal geriyə salıb. Bununla da “İnter” çempionluğunu elan edib.
Qeyd edək ki, sonuncu dəfə 2009/10 mövsümündə İtaliya çempionu olan “İnter” tarixində 19-cu dəfə bu uğuru təkrarlayıb.

DİGƏR XƏBƏRLƏR

Top