Bakıda daha bir xətt üzrə yeni avtobuslar istifadəyə verilir


Bakıda yeni 10 nömrəli xətt üzrə sərnişin avtobusları xidmətə hazırdır.
Yeniavaz.com
xəbər verir ki, bu barədə Bakı Nəqliyyat Agentliyi (BNA) məlumat yayıb.
Qeyd edilir ki, sərnişin avtobusları Yasamaldakı MİDA Yaşayış Kompleksi, “Elmlər Akademiyası”, “İçərişəhər”, “Sahil”, “28 May”, “Ş.İ.Xətai” metrostansiyaları və Bakı Ağ Şəhər marşrut xətti üzrə hərəkət edəcək.

DİGƏR XƏBƏRLƏR

Top