"Qəza keçirdim, fransız və alman dillərimdə problem yarandı" - Razi Nurullayev


"O qəza çox fəlakətlər törətdi. Həm yoldaşım, həm də özüm onun əzabını hələ də çəkirik. Qəzadan sonra sonuncu əməliyyatımız bir il öncə oldu. Buna görə heç onu unutmağa vaxtımız olmadı".
Yeniavaz.com
xəbər verir ki, bu sözləri Millət vəkili Razi Nurullayev azxeber.com-da "Onun 10 cavabı" layihəsinin qonağı olarkən illər öncə keçirdiyi ağır qəzadan danışan zaman deyib.
O bildirib ki, qəzadan sonra yaddaşında, fransız və alman dillərində problem yaranıb:
"Mənim başım zədələnmişdi. Beynimdə dil biliklərim var. Qəzadan sonra fransız və alman dillərimdə problem yarandı. Yaddaşımda müəyyən problemlər yarandı.
Diqqətimin formalaşmasında, fokuslanmasında problemlər oldu. Bütün bunlar yavaş-yavaş aradan qaldırılır. Amma hələ də onun ağrılarını yaşamaqdayıq.
İnanıram ki, bir neçə ilə biz onu tam unuda bilərik. Bunu unutmaq üçün də canımızda olan ağrı çıxmalıdır, yaralar sağalmalıdır və bundan sonra biz onu tam unuda bilərik".

DİGƏR XƏBƏRLƏR

Top