Bakıda 14 yaşlı yeniyetmənin başına daş piltəsi düşüb, vəziyyəti ağırdır


Bakıda 14 yaşlı yeniyetmənin başına daş piltəsi düşüb.
Yeniavaz.com
APA-ya istinadla xəbər verir ki, hadisə Səbail rayonu, Badamdar qəsəbəsi, Rafiq İsgəndərov küçəsində qeydə alınıb.
Axşam saatlarında beşmərtəbəli yaşayış binasından daş piltəsi qoparaq həmin binada yaşan 2004-ci il təvəllüdlü Şabanov Əli Mahir oğlunun üzərinə düşüb.
Ağır kəllə-beyin travması alan Ş. Əli komaya düşüb.
Respublika Neyrocərrahiyyə Xəstəxanasından verilən məlumata görə, yeniyetmənin vəziyyəti son dərəcə ağırdır.

DİGƏR XƏBƏRLƏR

Top