
İranın Qum şəhərindəki bir kimyəvi zavodda yanğınla nəticələnən partlayış baş verib.
Yeniavaz.com “TASS”a istinadla xəbər verir ki, yanğını söndürmək üçün 100-dən çox yanğınsöndürən əraziyə cəlb edilib. Alovların yayılmasının qarşısının alındığı bildirilir.
Yanğının söndürülməsi zamanı yanğınsöndürən avtomobillərindən biri zədələnib və iki yanğınsöndürən yaralanıb. Onlar xəstəxanaya aparılıb.