Deputat Operativ Qərargahın bu qərarına etiraz etdi: “Birbaşa idraksızlıqla bağlı məsələdir“


"Ölkə prezidenti işğaldan azad olunmuş ərazilərdəki hərbi hissədəki əsgərlərimizin idman zalında ağırlıq alətlərini qaldırmaqla yalnız idmana, sağlam həyata  insanların maraq göstərməsini təbliğ etmədi. Həm də Operativ Qərargaha mesaj göndərdi ki, idman zallarını açmaq lazımdır. İmkan verilsin ki, insanlar normal şəkildə idmanla məşğul ola bilsinlər. Prezident hər məsələ ilə bağlı fərman, sərəncam verməz ki? Bəzən ifadələrlə, jestlərə anlatmağa çalışır ki, nələri etmək vacibdir".
Yeniavaz.com
xəbər verir ki, bu sözləri millət vəkili Fazil Mustafa özünün "facebook" səhifəsində yazıb. O bildirib ki, qapalı idman zallarının bağlı saxlanmasının pandemiya ilə yaxından-uzaqdan əlaqəsi yoxdur:
"Birbaşa idraksızlıqla bağlı məsələdir. Əks halda bu qərarın indiyədək normal izahını verərdilər".

DİGƏR XƏBƏRLƏR

Top