Azərbaycanın Rusiyadan aldığı vaksinlər ölkəyə gətirilir


Azərbaycanın Rusiyadan aldığı “Sputnik V” vaksininin ilk partiyası sabah ölkəyə gətiriləcək. 

Yeniavaz.com xəbər verir ki, bu barədə XİN məlumat yayıb.

Vaksin yükünü hava limanında Səhiyyə və Xarici İşlər Nazirliyindən nazir müavinləri, Rusiya Federasiyasının səfiri qəbul edəcəklər.

Qeyd edək ki, bu ilin martın 11-də Baş nazir Əli Əsədov 300 000 doza “Sputnik V” dərman vasitəsinin Rusiyadan Azərbaycana idxalı ilə bağlı sərəncam imzalayıb. 

DİGƏR XƏBƏRLƏR

Top