“Bayraktar TB2” barədə məlumatları ən çox bu ölkələrdən axtarırlar – Siyahıda Ermənistan da var...


29 sentyabr – 10 noyabr 2020-ci il tarixlərində Azərbaycan Ordusunun Qarabağdakı parlaq qələbəsindən sonra dünyada Türkiyə istehsalı olan “Bayraktar TB2” dronlarına (PUA) böyük maraq yaranıb.
Yeniavaz.com
xəbər verir ki, dünyanın ən böyük internet axtarış sistemi olan "Google" üzərindən “Bayraktar TB2” ilə bağlı məlumatların axtarışı artıb. 
“Google”nin açıqladığı məlumatda qeyd olunur ki, “Bayraktar TB2” ilə ən çox Türkiyə, Azərbaycan və Ermənistanda qeydiyyatdan keçən internet istifadəçiləri maraqlanıb.
Bundan başqa  “Bayraktar TB2” ilə bağlı axtarışlar Kipr, Gürcüstan, Bolqarıstan, Almaniya, Xorvatiya, Yunanıstan, Avstriya, Hollandiya və Ukraynada daha çox qeydə alınıb.

DİGƏR XƏBƏRLƏR

Top