Kimlərə çiyələk yemək olmaz? – Bu problemlərə səbəb olur


Yaz aylarının vazgeçilməz meyvələrindən biri də çiyələkdir. Həm ətri, həm də görüntüsü ilə göz oxşayan bu meyvənin tərkibində bol miqdarda fosfor və dəmir var. B, C və K vitaminləri ilə zəngin olduğunu deyən mütəxəssislər çiyələyin bədənə güc verdiyini, xolestrolu aşağı saldığını, immun sistemini gücləndirərək xərçəngə qarşı qoruduğunu bildirir. 
Yeniavaz.com
bol vitaminlərlə zəngin olan meyvənin faydalarını təqdim edir:
Mütəzəm olaraq çiyələk istehlak etmək metabolizmanı sürətləndirir və həzm sisteminin sağlam fəaliyyətini tənzimləyir. Stress və depressiyaya qarşı yaxşı təsir göstərir. Tərkibindəki K vitamini sayəsində böyrək ağrılarını azaldır və daşların düşməsinə səbəb olur. Çiyələk eyni zamanda C və E vitamini ilə də zəngindir. Bu vitaminlər sayəsində mövsümlərarası keçidlərdə baş verən qrip və soyuqdəymənin tez sağalmasına kömək edir. Çiyələkdə digər meyvələrlə müqayisədə daha çox kalsium olduğundan sümüklərin inkişafında və möhkəmləsində müsbət təsir edir. Bundan başqa bədənin şişməsinə səbəb olan ödemi aradan qaldırır. Qəbizlik həzm sisteminin ən çox yayılmış xəstəliklərindən biridir. Mövsümdə yeyilən çiyələk həzm sisteminin nizamlı işini təmin edir və qəbizliyi aradan qaldırır. Çiyələkdən eyni zamanda gözəllik baxımlarında da istifadə edilir. Xüsusilə dərisi quru olan şəxslərin tez-tez çiyələk yeməsi tövsiyə edilir. Bu zaman dəri həm nəmlənir, həm də ölü hüceyrələr yenisi ilə əvəz olunur.

“Faydası ilə yanaşı zərərləri də var”
Mütəxəssislər qastrit və xora diaqnozu qoyulan şəxslərə normadan artıq çiyələk istehlak etməyi məsləhət görmürlər. Bu, mədə yanması və şişkinliyə səbəb olur. Eyni zamanda çox çiyələk yemək ishal və mədə spazmına səbəb olur. Azyaşlı uşaqların immun sistemi bu meyvəyə qarşı allergik reaksiyalar göstərə bilir, buna görə də valideynlər diqqətli olmalıdırlar. Eyni zamanda hamilə və südverən anaların da diqqətli olması tövsiyə edilir. İndiki dövrdə satışda olan çiyələklərin əksəriyyəti dərmalarla böyüdüldüyü üçün bu, ana və bətndəki uşaq üçün təhlükəli ola bilər.  

Çiyələk necə yeyilməlidir?
Yalnış yemə vərdişlərindən biri də çiyələyin şəkər tozu ilə birlikdə yeyilməsidir. Bu meyvə ən şirin meyvələrdən biri olsa da, karbohidrat nisbəti 0 mq-dır. Bir çox dietoloqların sözlərinə görə, şəkər tozu ilə çiyələk yemək son dərəcə zərərlidir. Şəkər tozunun kalori dəyəri çox olduğundan sürətli çəki artımına səbəb olur. Tərkibində kifayət qədər fruktoza olan meyvələr heç bir dadlandırıcı ilə qarışdırılmadan təbii şəkildə istehlak edilməlidir. Bir çox insan yeməkdən dərhal sonra meyvə yeməyə başlayır. Mütəxəssislər bunun doğru olmadığını və yeməkdən 1-2 saat sonra meyvə yeməyi məsləhət görürlər. Yeməkdən dərhal sonra yeyilən çiyələk qarın ağrısına və həzm sisteminin pozulmasına səbəb ola bilər. Bütün digər meyvə və tərəvəzlər kimi, çiyələk də yalnız mövsümdə istehlak edilməlidir. Hormon ehtiva edən çiyələklər başda mədə xəstəlikləri olmaqla bir çox sağlamlıq probleminə səbəb ola bilər.

DİGƏR XƏBƏRLƏR

Top