COVID-19 vaksinləri üçün 2025-ci ilə qədər bu qədər vəsait xərclənəcək


Səhiyyə sektorunda məlumat xidmətləri göstərən ABŞ mərkəzli “IQVIA” Holdinq tərəfindən dərc olunan hesabata görə, 2025-ci ilə qədər dünyada COVID-19-a qarşı peyvənd növləri üçün 157 milyard dollar xərclənəcək.
Yeniavaz.com
xəbər verir ki, hesabata görə, dünya əhalisinin 70 faizi 2022-ci ilin sonuna qədər peyvəndlənməsi və bu müddət ərzində peyvənd xərclərinin 54 milyard dollara çatacağı gözlənilir.
Mövcud peyvəndlərin təsir müddətləri nəzərə alınaraq edilən hesablamalara görə, hər iki ildən bir əlavə peyvəndlərin tələb oluna biləcəyi qeyd edilib.
Bundan əlavə artan rəqabət və istehsal həcminin peyvənd qiymətlərini aşağı salacağı və dünyada peyvənd xərclərinin 2025-ci ildə 11 milyard dollar səviyyəsinə enəcəyi vurğulanıb.

 

DİGƏR XƏBƏRLƏR

Top