Tacikistan sərhədə ordu toplayır, qırğız könüllülər döyüşmək üçün silah istəyir – Bölgədə son vəziyyət


Qırğızıstan-Tacikistan sərhədində gərginlik artır.
Yeniavaz.com
“TASS”a istinadla xəbər verir ki, Qırğızıstan Milli Təhlükəsizlik Komitəsinin Sərhəd Xidməti növbəti dəfə Tacikistanın sərhədə ağır texnikalar gətirdiyi barədə xəbərdarlıq edib. Qırğızıstan bildirir ki, Tacikistanın bu addımı ikitərəfli razılaşmanın kobud şəkildə pozulmasıdır. Məsələ ilə bağlı Tacikistan tərəfdən isə heç bir açıqlama verilməyib. Qırğız hökumətindən verilən başqa bir açıqlamada isə ölkə ərazisindəki yaşayış məskənlərinin taciklər tərəfindən atəşə tutulduğu, atəşkəsə riayət olunmadığı bildirilir. Digər tərədən çox sayda qırğız könüllü hökumət binasına yürüş edərək onlara silah verilməsini və sərhədə göndərilmələrini tələb edir. Hər iki ölkə liderləri arasında problemin həlli ilə bağlı danışıqlar davam etsə də hələlik heç bir nəticə əldə edilməyib.
Son məlumata görə, rəsmi Bişkek və Düşənbə sərhədlərin demarkasiyası və delimitasiyası ilə bağlı danışıqlara başlayır.
Qeyd edək ki, 29 apreldə Qırğızıstanla Tacikistan hərbçiləri arasında qarşıdurma olub. Hadisə nəticəsində hər iki tərəfdən çox sayda insan dünyasını dəyişib. 
 

DİGƏR XƏBƏRLƏR

Top