AZAL Londona reysləri gələn aydan yerinə yetirəcək


"Azərbaycan Hava Yolları" aviaşirkətinin Bakı-London-Bakı marşrutu üzrə xüsusi reyslərinin yerinə yetirilməsinin başlanma tarixi iyun ayının əvvəlinə keçirilir.

Yeniavaz.com bu barədə AZAL-a istinadən məlumat verir.

Bildirilir ki, bu tədbir qeyd edilən istiqamətdə uçuşlara tələbatın aşağı səviyyədə olması ilə əlaqədardır.

Daha əvvəl bu istiqamətdə uçuşların may ayından etibarən başlanması nəzərdə tutulmuşdu.

Həmin reyslərə aviabiletlər alan sərnişinlər aviabiletləri başqa tarixə dəyişə və ya cərimə tətbiq edilmədən geri qaytara bilər.

"Aviabiletlər www.azal.az saytında onlayn alındığı təqdirdə [email protected] elektron poçtu vasitəsilə aviaşirkətin çağrı mərkəzinə, yaxud aviabiletin alındığı kassaya müraciət etmənizi xahiş edirik", - deyə məlumatda qeyd olunur. 

DİGƏR XƏBƏRLƏR

Top