Çağrışa gedən təcili yardım maşını "Priora" ilə toqquşdu


Yevlaxda təcili tibbi yardım avtomobili minik maşını ilə toqquşub.

Yeniavaz.com xəbər verir ki, hadisə Bakı-Qazax avtomagistralının rayon ərazisindən keçən hissəsində, dairədə qeydə alınıb. Belə ki, “Fiat Doblo” markalı təcili yardım avtomobili, “Lada Priora” ilə toqquşub. Zərbənin gücündən avtomobillər magistraldan kənara çıxıb. Məlumata görə, hadisə təcili yardım avtomobili, çağrışa gedən zaman baş verib. Qəza zamanı sürücü və tibb işçisinin xəsarət aldığı bildirilir. Qeyd edək ki, “Fiat Doblo” markalı Təcili yardım avtomobili Yevlax Mərkəzi xəstəxanasına məxsusdur. Hadisənin baş vermə səbəbləri araşdırılır. 
Esmira Hidayətova, Yevlax

DİGƏR XƏBƏRLƏR

Top