
İrəvanda qəbristanlıqda gecə saatlarında atışma baş verib.
Yeniavaz.com “Sputnik Armenia”ya istinadla xəbər verir ki, hadisə yerinə baxış keçirən erməni hüquq-mühafizə orqanlarının əməkdaşları bir avtomat və bir tapança tapıblar. Verilən məlumatlara görə, qəbrsitanlıqda baş verən hadisədə 4 nəfər ağır yaralanıb. Üç nəfər güllə yarası, bir nəfərin isə bıçaq yarası ilə Erebuni tibb mərkəzinə yerləşdirilib.
Yaralılar arasında Şenqavit və Malatya inzibati bölgələrinin bələdiyyə başçıları da var.