Hindistanda dünya üzrə rekord yoluxma qeydə alındı - 3522 nəfər öldü


Hindistanda yeni növ koronavirusa yoluxan və ölənlərin sayı sürətlə artır.
Yeniavaz.com
 “worldometers”ə istinadla xəbər verir ki, Hindistanda ötən gün 402 min 110 nəfər COVID-19-a yoluxub, 3 min 5 yüz 22 nəfər isə həmin xəstəlikdən vəfat edib. Bu, 2021-ci ildə Hindistanda yoluxmaların artmağa başlamasından bəri dünya üzrə qeydə alınan ən yüksək rəqəmlərdir.
Qeyd edək ki, Hindistanda koronavirus səbəbilə ölüm və yoluxma halları sürətlə artır. Həmin ölkədə bu günə qədər 19 milyon 164 min 969 nəfər koronavirusa yoluxub, 211 min 853 nəfər isə ölüb. 15 milyon 684 min 406 nəfər isə müalicə alaraq sağalıb.

DİGƏR XƏBƏRLƏR

Top