Təyyarəsi xarab olan Paşinyan 50 min dollara özəl təyyarə kirayəyə götürdü


Rusiyanın Kazan şəhərinə səfəri zamanı təyyarəsi xarab olan Ermənistanın müvəqqəti baş naziri Nikol Paşinyan kirayəyə təyyarə götürüb.
Yeniavaz.com
xəbər verir ki, bu barədə Ermənistan mətbuatı məlumat yayıb. Bildirilib ki, təyyarənin təmiri gecikdiyi üçün Paşinyan və komandası 50 min dollara özəl təyyarə kirayəyə götürərək İrəvana qayıdıb. 
Qeyd edək ki, Nikol Paşinyanın başçılıq etdiyi nümayəndə heyəti Kazanda Avrasiya İqtisadi Birliyinin hökumətlərarası şurasının iclasında iştirak edib.

DİGƏR XƏBƏRLƏR

Top