Rusiyada yük maşını uşaqları yarışa aparan mikroavtobusla toqquşub, 5 azyaşlı ölüb


Rusiyanın Stavropol bölgəsində yük maşını 12-14 yaş arasında uşaq basketbol komandasının üzvlərini yarışa aparan mikroavtobusla toqquşub.

Hadisə nəticəsində hər biri 2008-ci il təvəllüd olmaqla, 5 qız dünyasını dəyişib, 19 nəfər yaralanıb.

Onların 9-nun vəziyyəti orta-ağır qiymətləndirilir.

Yaralılar xəstəxanaya yerləşdirib. Bölgə qubernatoru Vladimir Vladimirov İnstaqram səhifəsində dünyasını dəyişən komanda üzvlərinin ailələrinə başsağlığı verib.

Daxili İşlər Nazirliyinin regional idarəsinin məlumatına görə, komanda Volqoqraddan Çerkessk şəhərinə keçirilən basketbol üzrə Respublika çempionatına gedirmiş.//apa

DİGƏR XƏBƏRLƏR

Top