Gerasimovla Davtyan görüşüb


Rusiya Silahlı Qüvvələrinin Baş Qərargah rəisi Valeri Gerasimov və Ermənistan Silahlı Qüvvələrinin Baş Qərargah rəisi Artak Davtyan Moskvada görüşüblər.
Yeniavaz.com
xəbər verir ki, bu barədə “Sputnik Armenia” məlumat yayıb.
Görüş zamanı hərbi sahədə Rusiya-Ermənistan əməkdaşlığına dair bir sıra məsələlər müzakirə edilib.
Xatırladaq ki bu, Gerasimovla Davtyanın aprel ayı ərzində ikinci görüşüdür. Sonuncu görüş aprelin 14-də baş tutmuşdu.

 

DİGƏR XƏBƏRLƏR

Top