Azərbaycanda qəsdən adamöldürmə cinayətləri 30 faiz azalıb


2020-ci ildə qeydə alınmış cinayətlər 2019-cu illə müqayisədə ümumilikdə 36,1 faiz, hərbi xidmət əleyhinə olan cinayətlər 47,6 faiz, qeyri-hərbi cinayətlər isə 18,6 faiz azalıb.

Yeniavaz.com xəbər verir ki, bu barədə Hərbi prokuror Xanlar Vəliyev kollegiya iclasında çıxışı zamanı bildirib.
“Eləcə də qeydə alınmış qəsdən adamöldürmə cinayətləri 30 faiz, qəsdən adam öldürməyə cəhd cinayətləri 71,4 faiz və baş vermiş özünü öldürməyə cəhd hadisələri 60 faiz azalıb”, - deyə X. Vəliyev vurğulayıb.

 

 

DİGƏR XƏBƏRLƏR

Top