Prokurorluq əməkdaşı koronavirusdan dünyasını dəyişdi


Azərbaycanda prokurorluq əməkdaşı vəfat edib.

Cəlilabad Rayon Prokurorluğunun əməkdaşı Babayev Ramin İlham oğlu koronavirusdan dünyasını dəyişib.

Məlumata görə, o, bir müddət əvvəl koronavirusa yoluxmuşdu və Cəlilabad Rayon Mərkəzi Xəstəxanasında müalicə alırdı.

Qeyd edək ki, Cəlilabad rayon sakini, 1990-cı il təvəllüdlü R.Babayev Cəlilabad Rayon Prokurorluğunda dəftərxana müdiri kimi çalışırdı. (report)

DİGƏR XƏBƏRLƏR

Top